Yanvarın 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub.
KİV nümayəndələri, təhsil ekspertləri və İctimai Nəzarət Şurasının üzvləri imtahanların gedişini izləyib, UNEC-də qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.
Şura üzvləri və müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər. Onlar tələbələrin imtahan suallarını sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, eləcə də baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü müşahidə etdiklərini vurğulayıblar.
“SABAH” qruplarında aparılan yazılı imtahanda 300-dən çox tələbə iştirak edib.
Sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün bütün şərait yaradılıb.