“Media haqqında” qanun layihəsi müzakirə olundu

Sentyabrın 6-da Azərbaycanın Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. Agentlikdən  verilən məlumata görə, müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak ediblər. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. “Media haqqında” qanun layihəsi haqqında danışan İcraçı direktor bununla bağlı müzakirələrin aparılmasının əhəmiyyətindən söz açıb. O, təcrübəli jurnalistlərin fikirlərinin ümumi işin xeyrinə ola biləcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.