Marsın fəthi qurbanlar tələb edəcək – AÇIQLAMA

“Marsın fəthi qurban tələb edəcək, bu qədər təhlükəli, həyəcanverici bir macəra üçün könüllü çox azdır”.

Etmtv.news Moderator.az-a istinadən xəbər verir ki, bunu “Tesla” və “SpaceX”in rəhbəri Elon Mask CNN telekanalına müsahibəsində bildirib.

-“Marsa ilk turlarda çoxları öləcək. Oraya getmək asan deyil. Təbii ki, Marsa getmək hər kəs üçün deyil. Heç kəsi ora getməyə məcbur etmirik, hər şey könüllülük əsasındadır. Təhlükəyə baxmayaraq, uçuşda iştirak etmək istəyənlər daha çoxdur”. – Maks bildirib.

-“Bəşəriyyətin müxtəlif planetlərdə yaşayan bir növə çevrilməsi lazımdır, çünki mövcudluğa qarşı daima nəzarət etmək üçün tamamilə mümkün olmayan təhdidlər olacaq. Məsələn, üçüncü dünya müharibəsi başlaya bilər. Lakin, könüllü şəkildə müraciət edənlər çox azdır”. – Layihə rəhbəri təəssüflə qeyd edib.

-“Bəli, ölə bilərsiniz. Çox narahat olacaq, yeməklər çox yaxşı olmayacaq. Sınaqlar nə qədər çətin və təhlükəlidirsə, buna dəyər. Çünki Mars möhtəşəm, macəra dolu bir məkandır”.“SpaseX”-in rəhbəri bildirib. – Bu, möhtəşəm bir macəra, inanılmaz bir təcrübə olacaq.

Qeyd edək ki, “SpaceX” Marsa uçuşlar üçün 100 nəfərlik “Starship” kosmik gəmisini hazırlayır.
Maskın açıqlamasına görə, 2030-cu ilə qədər planetə ilk uçuş mümkün olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.