ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Marsda pilotsuz helikopterin ilk uçuşunu uğurla həyata keçirib.
Agentlik uçuşun baş tutduğunu təsdiq edib.
“Ingenuity” pilotsuz helikopteri Yerdən başqa digər planetin səthində uçuş həyata keçirən ilk aparat olub.
Agentliyin yaydığı məlumatda pilotsuz aparatın Marsın səthindən 3 metr hündürlüyə qalxdığı və bir neçə dəqiqə havada qaldığı, helikopterin bundan sonra daha bir neçə uçuş keçirəcəyi bildirilib.
Qeyd edək ki, “Ingenuity” helikopteri bu ilin fevralında “Perseverance” aparatının tərkibində Marsa eniş etmişdi. Onun ilk sınaq uçuşu proqramda qeydə alınan qüsurlara görə bir neçə dəfə təxirə salınmışdı.