“Maarifçi əsgər”adlı intellektual bilik yarışı kecirilib

“Gəncə Maarif Evi” ictimai birliyinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin tərkibində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən hərbi qulluqçular arasında “Maarifçi əsgər” adlı intellektual bilik yarışı kecirilib.

Əsgərlər arasında mənəvi və döyüş keyfiyyətlərinin artırılması, onların asudə vaxtlarının səmərəli kecirilməsi məqsədilə təşkil edilən yarışa əsgərlərlə yanaşı zabit, gizir heyəti də qatılıb. Səkkiz komandanın iştirakı ilə keçirilən yarışda ilk üç yerin qailibi diplom və hədiyyələrlə mükafatlandırılıb.

Hərbi hissənin komandiri “Gəncə Maarif Evi” ictimai birliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib və ictimai birliyi  “Təşəkkürnamə” ilə təltif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.