Məleykə Abbaszadə: Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır

“Oğlanlar ailəni gələcəkdə maddi cəhətdən təmin etdiklərinə görə onların ali təhsil alması daha vacibdir, qızlar isə ev işləri və ailə həyatı ilə məşğul olmalıdır” kimi cəmiyyətdə hələ də yaşamaqda olan köhnəlmiş, partiarxal təsəvvür və stereotipləri aradan götürmək lazımdır. Çünki məhz belə baxışlara görə valideynlər, ilk növbədə, öz oğullarının təhsili və hazırlığı üçün xərc çəkməyə üstünlük verirlər”.

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə (DİM) qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektlərinin təhlili zamanı bildirib.

Təhlildə ölkədə gender bərabərliyinə nail olmaq sahəsində vəziyyətin yaxşılaşdırılması üçün bir sıra tövsiyələr irəli sürülüb. Bildirilib ki, qadınların ali təhsil almasına mane olan müxtəlif sosial, mədəni-məişət xarakterli maneələr aradan qaldırılmalı, qızların təhsildən uzaqlaşmasına səbəb olan meyllərin qarşısının alınması məqsədilə valideynlər arasında intensiv maarifləndirmə işləri aparılmalı, informasiya-kommunikasiya texnologiyaları qadınlar üçün maksimum dərəcədə əlçatan olmalıdır: «Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır ki, bu da potensial imkanları olan bütün hazırlıqlı qızların ali təhsil almasını stimullaşdırsın. Digər tərəfdən, təhsil ilə əmək bazarı arasında mövcud uyğunsuzluqları aradan qaldırmaq, tədris proqramlarının bazar iqtisadiyyatının yeni tələbləri ilə uzlaşdırmaq məqsədilə onlarda lazımi dəyişikliklər etmək lazımdır”. – Məleykə Abbaszadə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.