Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir.
Budəfəki görüntülər Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdən çəkilib. Məktəb 1981-ci ildən fəaliyyət göstərir. Cari ildə tədris binası Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edildikdən sonra şagird və müəllimlərin istifadəsinə verilib.
Təhsil müəssisəsində oxuyan 710 şagirdin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur.
Son 5 ildə sözügedən məktəbin məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 50-60 faiz olub.
“Məktəbimizdə” rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.