Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəb direktorlarına xəbərdarlıq edib.
Etmtv.news xəbər verir ki, agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında dövlət ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə təyinat zamanı qanunvericiliyin tələblərinin pozulduğu hallar aşkar edilərsə bu barədə bilavasitə məsuliyyət daşıyan vəzifəli tərəflər barədə də ölçü götürüləcəyini bildirib.
O qeyd edib ki, bu barədə müvafiq tədbirlər görüləcək.