Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı açıqlandı

10 avqust tarixindən 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start veriləcək. Bu barədə Təhsil Nazirliyinin məlumatında deyilir. Qeyd olunur ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına avqustun 10-u saat 11:00-da, məktəb seçimi prosesinə isə avqustun 12-si saat 11:00-da başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.