Mədəniyyət Mərkəzində “Sumqayıt-70” layihəsi çərçivəsində rəqs-tamaşa təqdim olunub

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Dəcəllər” rəqs qrupunun təqdimatında “Naz naz” adlı rəqs gecəsi keçirilib.

Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında xoreoqraf Fərhad Dadaşov tərəfindən hazırlanan rəqs-tamaşa Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilib.

Tədbirdə rəqs kollektivinin üzvlərinin ifasında Azərbaycan və digər xarici ölkələrin rəqsləri təqdim olunub.

Sonda tədbirdə iştirak edən rəqs qrupunun bütün üzvlərinə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.