Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib

Lənkəran şəhərində görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi qeyd olunub.

Tədbir onun adını daşıyan Ev-muzeyində keçirilmişdir. Tədbirdə rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət, təhsil işçiləri iştirak edib.

Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxış edərək “Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.” –deyə qeyd etmişdir.

Sonra rayon Ağsaqqallar Şurasının sədri Sərhad Məmmədov çıxış edərək böyük sərkədənin müharibədə göstərdiyi igidliklərdən danışmış, onun həyatının gənc nəslə nümunə olduğunu bildirmişdir.

Sonra ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Tədbirin sonunda qonaqlar Həzi Aslanovun Ev-muzeyi ilə tanış olmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.