“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində iyunun 1-dən 5-dək Lənkəran şəhərində Beynəlxalq Teatr Festivalı keçiriləcək. Festivalı Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə təşkil edəcək.
Festivalda Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Kukla, Gəncə Dövlət Kukla, Qax Dövlət Kukla, Salyan Dövlət Kukla, Şuşa Dövlət Musiqili Dram, Bakı Uşaq və müstəqil fəaliyyət göstərən “Ol” Teatrları çıxış edəcəklər