Kulis ilin yazıçılarını seçdi

Kulis.az mədəniyyət portalı 2019-cu ilin yazıçısını, şairini və tənqidçisini seçdi.

Qaliblər “Kulis”in əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən Kulis.az saytında və digər mədəniyyət, ədəbiyyat saytlarında, eyni zamanda bu sahəyə aid qəzet və jurnallarda gedən materiallar, cari ildə çap olunan kitablar əsasında seçilib.

Seçilən imzalar aşağıdakılardır:

İlin yazıçısı: Səfər Alışarlı – “Qız və maneken” povest və hekayələr kitabına və “Kulis”də yayımlanan yeni hekayələrinə görə…

İlin şairi: Həmid Herisçi – Kulisdə yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə

İlin tənqidçisi: Elnarə Akimova – Yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına və bu il çap olunan “Düşüncə zamanı – ədəbi tənqid diskurs kimi” və “Əəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə.

Təqdimat mərasimi dekabrın 25-i saat 15-də  “APA Group”un konfrans zalında keçiriləcək.

Xatırladaq ki, Kulis.az  mədəniyyət portalı hər ilin sonunda bu ənənəni davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.