Kanadanın British Columbia Universitetinın alimləri 1.5 milyard işıq ili uzaqlıqdakı bir mənbədən gələn radiosiqnalları qeydə alıb.
Siqnallar Okanagan Vadisindəki CHIME adlı teleskop tərəfindən təsbit edilib.
Astrofizik İngrid Stairs “Arxa-arxaya gələn 15 siqnal buna bənzər başqa siqnalların da olduğuna işarədir” deyir. İlk dəfə belə radiosiqnallar 2007-ci ildə Avstraliyadakı Parkes teleskopu tərəfindən qeydə alınmışdı.
Nüfuzlu Nature jurnalında yayımlanan bu araşdırmada siqnalların güclü olduğu qeyd olunur. Əgər siqnal süni deyildirsə, onun insan oğlundan daha inkişaf etmiş bir mədəniyyətdən gəldiyi ehtimal edilir.