Korrupsiya hüquqpozmaları ilə bağlı görüş keçirilib

Goranboy rayon İcra Hakimiyyəti, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru, rayon Prokurorluğu və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici görüş keçirilib.
Görüşdə sözügedən qurumların əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüş müddətində korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verilib, həmçinin iştirakçılar mövzu ilə bağlı təlimatlandırılıblar.
Tədbirin keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin diqqətə çatdırılması olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.