Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə

Sabahdan tam (11 illik) orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.
Sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.
Ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul isə yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq.
Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidirlər. (Tehsil-press.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.