Klassik və müasir Azərbaycan poeziyası nümunələri 2 dildə nəşr olunub

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan ədəbi-mədəni irsinin qiymətli nümunələri toplu şəklində “Poeziya çələngi. The Garland of Poetry” adlı kitabda oxuculara təqdim olunub.

Topluya klassik və müasir Azərbaycan poeziyası nümunələri, xalq mahnıları və bayatılar daxil edilib. Kitab tanınmış ədəbiyyat xadimi, şair Sabir Mustafanın tərcüməsində 2 dildə – Azərbaycan və ingilis dillərində çap olunub.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitabın Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalarda yerləşdirilməsi, eyni zamanda klassik və müasir Azərbaycan poeziyası nümunələri, xalq mahnıları və bayatılarımızın təbliğatı məqsədilə beynəlxalq tədbirlərdə istifadəsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.