Kənd məktəbində BİABIRÇILIQ: İntizamsız şagirdlərin şəkilləri paylaşıldı

Son günlərdə sosial şəbəkələrdə rayonlardan birində yerləşən orta məktəbdə nizam-intizam və davranış qaydalarını pozan şagirdlərə qırmızı kart verilməsi, həmin şagirdlərin fotolarının təhsil müəssisəsinin sosial media hesabında paylaşılması ciddi müzakirələrə səbəb olub.

Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə isə qırmızı kart verilib. Qırmızı kart alan şagirdlərin fotoları məktəbin “Facebook” səhifəsində paylaşılıb.

Məktəbdə yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb.

Onun sözlərinə görə, müvafiq şəxslərin izahatı alınıb:

“Şəkillər məktəbin sosial media hesabından çıxarılıb”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.