“İlkin tibbi yardım hər kəs üçündür” layihəsinin bağlanış tədbiri keçirilib

27 fevral-  1 mart tarixləri arasında  Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə “İlkin tibbi yardım Hər kəs üçündür” adlı layihə həyata keçirilib.

13-cü qrant müsabiqənin qaliblərindən biri olan bu “ilkin tibbi yardım hər kəs üçündür” adlı layihənin rəhbəri Cavid Mustafazadə bildirib ki, layihənin keçirilməsində əsas məqsəd cəmiyyətin aparıcı təbəqəsi olan gənclər, tələbələr arasında ilkin tibbi yardımbilik və bacarıqların artırılması, layihənin ünvanlandığı gənclər qrupunun müxtəlif təcili vəziyətlərdə ölüm hallarının azaldılmasına yönəlik dəstək göstərə bilməsi  onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaqdan ibarətdir. Layihə çərçivəsində təlim və seminarların  keçirilməsi, həmçinin, layihə iştirakçılarına praktiki təcrübə keçmək üçün şəraitin yaradılması layihənin əsas məqsədlərindəndir.
Sözügedən layihədə ATU, BDU, BMU, ADNSU, ADPU  və digər universitetlərdən olan 208 tələbə iştirak edib.

Bu gənclərə 2 gün ərzinə  müxtəlif təcili vəziyətlərdəilkin olaraq hansı tibbi yardımların göstərilməsi istiqamətində tədbirin beynəlxalq səviyyəli təlimçisi  Nabil Seyidov tərəfindəntəlimlər keçirilib və əyani nümayiş etdirilib.  Sonda tələbələr  keçirilən təlimlərin effektvliyini qiymətləndirilməsi məqsədilə test üsulu ilə öyrəndiklərini yoxlamış, 70% nəticə göstərən bütün tələbələr rəsmi  sertifikatlarla təmin olunmuşdur.

Layihə həmçinin  belə gənclərdən “lkin tibbi yardım komandası” formalaşdıraraq gənclərin Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə iştirakını təmin etmək məqsədi daşıyıb. Bu məqsədlə ən yüksək nəticə göstərən 10 tələbə isə 2 günlük tam təkmilləşmiş praktik təlimlər keçmək hüququ qazanaraq, təlimi tam başa vurublar. Sonda bu tələbələr diplom və hədiyyələrlə təltif ediliblər.

#AzGF #GenclerFondu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.