İlham Əliyev teatr və konsert müəssisələri işçilərinin maaşını artırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılmasının təmin edilməsi qeyd olunmuşdur.

Bu sərəncamın icrası ilə bağlı Mədəniyyət Nazirliyinə və Maliyyə Nazirliyinə zəruri tədbirlərin  görülməsi tapşırılmışdır.

Nazirlər Kabinetinə bu sərəncamda nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etmək və  bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.