Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüş keçirilib.
Etmtv. news xəbər verir ki, qələbəmizə köklənmiş bir əhval-ruhiyyədə keçirilən görüşdə Azərbaycana bu möhtəşəm zəfəri yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və müzəffər ordumuza xüsusi təşəkkür ifadə edilib.
Görüşdə İctimai Şuranın üzvləri ilə müharibədən sonrakı dövr üçün nəzərdə tutulan planlar, uzun illər sonra bayrağımızın yenidən dalğalandığı torpaqlarımızda təhsil sahəsi üzrə görüləcək işlər müzakirə edilib, müxtəlif təkliflər səsləndirilib.

