“İctimai Natiq” layihəsinin bağlanış və mükafatlandırma mərasimi həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “İctimai Natiq” layihəsi uğurlyekunlaşıb.

Layihənin bağlanış mərasimi dekabrın 27-də rəsmi qonaqlar və çıxışları ilə fərqlənən gənclərin iştirakı ilə Azərbaycan DövləAkademik Musiqili Teatrında baş tutub. 

Açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova qonaqları və gəncləri salamlayıb, 2022-ci il ərzində təşkilatın gördüyü işlər barədə məlumat verib. Həmçinin, “İctimai natiq” layihəsinin müxtəlif sahələrdə təmsil olunan gənclərin natiqlik, özünüifadə, təmsilçilik və araşdırma bacarıqlarının inkişafına verdiyi töhfəni qeyd edib.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov, Milli Məclisin deputatı Vüqar İskəndərov, Azərbaycan DövləAkademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova gənclərə gələcək fəaliyyətlərində uğurlaarzulayıb, təşkilatın fəaliyyətinin gənclərin inkişafındoynadığı rolu, layihənin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə “İctimai natiq” nominasiyası üzrə seçilən gənclərdən olaAydan Əzizova “Sosial məsuliyyətin hüquqlarımıza təsiri” mövzusunda nümunəvi çıxış edib, fərqlənən iştirakçılar sertifikat və 7 seçilən gənc (ÇimnaAlıyevaAyxan Əliyev, Aydan Əzizovaİlhan Əsgərov, Gülər Quluzadə, Azər Həndəmov, Fidan Məmmədli) isə “İctimai natiq” mükafatı ilə təltif olunub.

Layihə çərçivəsində 7 fərqli istiqamət üzrə (ictimai sahə, gənclərlərlə iş, könüllülük, hüquq, media, sahibkarlıq vəidman) seçilən 70 gənc ilkin mərhələdə standart 14 saatdan çox nitqin strukturu, natiqlik sənəti, nitq mədəniyyəti və effektiv nitq mövzusunda təlimlərinin, ikinci mərhələdə “müxtəlif sahələrdə natiqliyin rolu” master-klasslarının iştirakçısı olub. Müsabiqə mərhələsinə çıxışları ilə fərqlənən 25 gənc seçilib, sonda isə ən yaxşı 7 natiq müəyyənləşib.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən 2022-ci il ərzində Respublika üzrə debat, natiqlik, sahibkarlıq sahələri üzrə 100-dən çox layihə, tədbir, turnir, düşərgələr və fəaliyyətlər həyata keçirilib. Bu fəaliyyətlərə minlərlə gənc qoşulub, maariflənib. Təşkilat 2023-cü il üzrə də fəaliyyət strategiyasına uyğun olaraq  Azərbaycan Gənclər Siyasətinin həyata keçirilməsinə dəstək olan yeni layihələrə hazırlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.