Ibtidai sinif müəllimi “MIE Expert” adına layiq görülüb

Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məhsəti Zeynalova “MIE Expert” adına layiq görülüb.
Məlumat üçün qeyd edək ki, “MIE Expert” proqramı təhsilin transformasiyası üzrə texnologiyalardan istifadə edən dünyanın qabaqcıl müəllimlərini birləşdirir. Proqramın üzvü seçilmiş müəllimlər bir il ərzində geniş elektron vəsait və dəstəyə çıxış, müxtəlif ölkələrdən olan müəllimlərlə təcrübə mübadiləsi aparmaq imkanı əldə edirlər.
Məhsəti müəllim 21 ildir ki, ibtidai sinif müəllimi olaraq çalışır. Hazırda müəllimliklə bərabər İTE təşkilatında təlimçi kimi fəaliyyət göstərir. 2020-2021-ci tədris ilində eTwinning layihəsində 3 ölkənin müəllim və şagirdlərinin qatıldığı “Təbiətin səsini dinlə” layihəsində iştirak edib. Eyni zamanda Microsoft Education Center müəllim bacarıqlarının artırılması üzrə “MIE Expert” nominasiyasını qazanıb.
Türkiyənin ən böyük dərnəklərindən biri olan EYUDER-in (Eğitim Yöneticileri Uzmanları Derneyi) təşkil etdiyi EYFOR Ölkələrarası Foruma dəvət alan Məhsəti müəllim həmin Beynəlxalq Konqresdə “Veb 2 Alətlərin Təhsilə tətbiqi” adlı məqalə üzrə çıxışı var.
Eyni adlı məqalə uyğun olaraq “Bildiri Özetleri” kitabında da yer alacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.