Heydər Əliyev Mərkəzlərinin Elmi İşçilərinin I Ümumirespublika Seminarı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzənin, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyət həftəsi” çərçivəsində 15 İyun – Milli Qurtuluş gününə həsr olunmuş “Heydər Əliyev Mərkəzləri – Azərbaycançılıq məfkurəsinin məbədi kimi” mövzusunda Heydər Əliyev Mərkəzlərinin Elmi İşçilərinin I Ümumrüespublika seminarı keçirildi. Seminarda Gəncə İcra Hakimiyyətinin Humanitar işlər üzrə baş məsləhətçisi Yadigar Bədəlov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Elmi-Metodiki və İxtisasartırma Mərkəzin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Sənan Talıbov, əməkdaşları Pərvanə Hüseynova, Ceyhun Əhmədov çıxış etdilər. Onlar öz çıxışlarında H.Əliyevin böyük şəxsiyyətini, Azərbaycan xalqının taleyində və tarixindəki misilsiz xidmətlərini bir daha diqqətə çatdıraraq Ulu öndərin azərbaycançılıq məfkurəsindən, ədəbiyyatın və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açdılar. Çıxışlarda H.Əliyevin mükəmməl və müdrik siyasətinin nəticəsi olaraq Respublikamızın qazandığı uğur və müvəffəqiyyətlər, dövlətçiliyimiz yolunda misilsiz xidmətlər, elm, ədəbiyyat, incəsənətin inkişafıbir daha vurğulandı. Heydər Əliyev Mərkəzlərin elmi işçilərinin bu kontekstində fəaliyyəti danılmaz olduğu qeyd olundu. Mövzuların aktuallığını nəzərə alaraq, müzakirələr aparıldı. Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təltif olundu. Qeyd edək ki, seminar zamanı Xalq artisti Rafael Bayramovun rəhbərliyi ilə Gəncə Dövlət Kamera orkestrinin triosu çıxış etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.