Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə ehsan süfrəsi açılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tövsiyəsi ilə Gəncənin “İmamzadə” Dini-Memarlıq Kompleksində ehsan verilib. Kompleksin mərasim zalında 1000 nəfər üçün ehsan süfrəsi açılıb.

Mərasim Heydər Əliyev Fondunun təşəbüsü ilə təşkil edilib. Ehsan süfrəsi ətrafında Gəncə və ətraf rayonlarda yaşayan din xadimləri, aztəminatlı ailələrin üzvləri, Gəncə Uşaq Evinin sakinləri bir araya gəliblər.

Mərasim Azərbaycanın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb, ruhlarına dualar oxunub.

Ehsandan mərasimdə iştirak edə bilməyən aztəminatlı ailələrə, Uşaq Evinin sakinlərinə pay göndəriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.