04 aprel 2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 2016-cı ilin Aprel döyüşlərinin 3-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Aprel döyüşlərinin hacıqabullu iştirakçılarından Rizvan Famil oğlu Qarayev, Rövşən Vüqar oğlu Mikayılov və Vasif Asif oğlu Kamilli, Qarabağ Qaziləri İctimai Birliyi rayon şöbəsinin sədri İntiqam Abdulov, tarixçi-müəllim, hacıqabullu Aprel döyüşçülərinin tədqiqatçısı Mübariz Xəlilov, eləcə də şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
Mərkəzin bələdçisi Aytən Mustafazadə qonaqlara ekspozisiya, o cümlədən rəsm dərnəyi üzvlərinin hərbi mövzudakı şəkillərindən ibarət sərgi barədə məlumat verdi.
Daha sonra söz Aprel döyüşlərinin tədbirdə iştirak edən nümayəndələrinə verildi.
Sonda Aprel döyüşlərindən bəhs edən videofilm nümayiş etdirildi.