acı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” sənədli filmi Los Anceles, Kaliforniyada “FLICKFAIR” Film Festivalında bütün mərhələləri keçərək finala vəsiqə qazanıb və birincilik uğrunda mübarizəyə qatılıb.Qaliblərə ümumi dəyəri 10.000 ABŞ dolları olan mükafatlar veriləcək.
“FLICKFAIR” Film Festivalının əsas səhifəsində Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filminin posteri də yerləşdirilib.
“100 il şərəfli ömür” filminin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.