Gürcüstanda Saakaşviliyə qarşı şok ittiham-İşə bax e!..

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və komandası iğtişaşlara səbəb olmaq və Gürcüstan hakimiyyətini günahlandırmaq üçün müxalifətçilərin öldürülməsini planlaşdırmışdılar.  Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İmedi TV-nin efirində bildirib.

Baş nazir deyib ki, Saakaşvili gözlənilmədən oktyabrın 3-də Tbilisidə planlaşdırılan genişmiqyaslı mitinqə çıxacaq, polisin gəlişini təhrik edəcək, müxalifətçiləri öldürürəcək və bunu hakimiyyətin üzərinə qoyacaqdı.

“Bu, xüsusi xidmət orqanlarımızdan gələn məlumatdır. Onların planı belə idi: təxminən 10 min insanın kulminasiya nöqtəsi və səfərbərliyi zamanı buna nail ola bilərdilər, polis Saakaşvilini saxlamalı idi. Və o vaxt bir neçə müxalifət lideri qarışıqlıq içində öldürüləcəkdi. Bu, planlarının bir versiyası idi, xaricdə müxalifət liderlərinin necə öldürüldüyünü göstərəcəkdilər. Sonra hökumətin istefasını və erkən seçkilərin təyin edilməsini tələb edəcəkdilər”.- deyə Qaribaşvili qeyd edib.

Baş nazirə görə, bu plan üzrə Vahid Milli Hərəkat sıralarında birlik olmayıb, Hərəkatın lideri Nika Melia hadisələrin belə inkişafına qarşı olub. Qaribaşvili “Saakaşvilinin xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu” da söyləyib və söz verib ki, yaxın gələcəkdə eks-prezidentin Gürcüstana necə gəldiyini hamı öyrənəcək.

-“Bu adamın 9 il prezident olması fəlakətdir. 18 ildir ölkəni sarsıdır və bu adam sabitliyin pozulmasının daimi mənbəyidir. Şeytan bu adamı təqib edir, bəlkə indi həbsxanada dincələr”.- deyə baş nazir vurğulayıb.

Vahid Milli Hərəkat baş nazirin bəyanatını və ona qarşı irəli sürülən ittihamları hələ şərh etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.