Gürcü jurnalistlər Şuşaya və Ağdama səfər edəcəklər

Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gürcüstandan olan jurnalistlər, bloqerlər və akademiklərlə görüşüb. Bu barədə Hikmət Hacıyev özünün tvitterdəki hesabında bildirib.

“Qonşu Gürcüstandan olan jurnalistləri, bloqerləri və akademikləri salamlamaqdan məmnunam. Regional problemlərlə bağlı səmimi və geniş fikir mübadiləsi apardıq. Gürcü dostlar Şərqi Zəngəzur və Qarabağın İqtisadi Zonalarını, xüsusən Şuşa və Ağdamı ziyarət edəcəklər”, – deyə Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, Gürcüstanın məşhur bloqerləri Azərbaycana səfərə gəliblər. Səfərin məqsədi  işğaldan azad olunan torpaqlarda olmaq, müharibə həqiqətlərini öz gözləri ilə görməkdir.

Etmtv. newsxəbər verir ki, səfər Azərbaycanın Gürcüstandakı səfiliyinin dəstəyi ilə reallaşıb. 25 nəfərə yaxın jurnalist, bloqer Azərbaycana gəlib. Onlar səfərdən əvvəl Sayat Nova parkında maraqlı kadrlar lentə alaraq, TikTok platformasında paylaşıblar.

Bloqerlər “Gürcüstan və Azərbaycana eşq olsun! Qarabağ Azərbaycandır! Nə oldu, Paşinyan?!.” – deyərək çəkdikləri kadrlara məzəli anlar qatıblar.

Sözügedən videonu təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.