İyunun 9-da gənclər və idman naziri Fərid Qayıbov “Gənclərlə dialoq platforması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində gənclərlə görüşüb.
Naziri kollektiv adından salamlayan universitetin Rektor vəzifəsini icra edən Zəfər Qurbanov dəvəti qəbul edib tələbələrlə görüşə gəldiyi üçün minnətdarlığını bildirib və görüşün tələbələr üçün faydalı olacağına əmin olduğunu bildirib.
Görüşdə nazir Fərid Qayıbov çıxış edərək gənclər və idman sahəsində görülən işlər, yeniliklər və hədəflər barədə məlumat verib. Onların müxtəlif mövzular üzrə təklif və ideyaları ilə maraqlanıb, gənclərə müvafiq dəstəyin göstərilməsi üçün tapşırıqlar verib və suallarını cavablandırıb.
Görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və nazirliyin məsul əməkdaşları iştirak ediblər.