Gənc mütəxəssis təbiətin mühafizəsinə həsr olunan kanal açdı

Təbitəin mühafizəsi torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları və zəhərləyici kimyəvi maddələrlə çirklənməsi, meşə və otlaqların mühafizəsi, nadir tapılan və nəsli kəsilməkdə olan faydalı bitki və heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii abidələrin qeydiyyatı, mühafizəsi və bərpası, balneoloji və iqlim ehtiyatlarından maksimum istifadə olunması, termal və mineral mənbələrin mühafizəsi, həmçinin təbitəin mühafizəsi ideyası və təbiətin qorunmasına yönəldilmiş tədbirlərin təbliği və s. ilə məşğul olur.

Təbitəin mühafizəsi eyni zamanda təbii ehtiyatların saxlanması və bərpasının ümumi prinsipləri və metodlarının işlənilməsinə aid elmi fəndir. Belə ki, nadir flora və fauna və bunlarla əlaqəli əhəmiyyətli obyektləri qoruyub saxlamaq üçün diqqətəlayiq işlər görülür, milli parklar, dövlət qoruqları, yasaqlıqlar, ovçuluq təsərrüfatları yaradılır. Təbitəin mühafizəsinin əsas forması isə, əlbəttə ki,  təbii ehtiyatlardan səmərəli və kompleks istifadə etməkdir.

Belə bir zamanda ölkəmizdə təbiətin mühafizəsi ümumxalq işinə çevrilməkdədir. Bundan ötrü təbiətin qorunması üzrə maarifləndirici tədbirlərin, təbliğatın artırılmasına böyük ehtiyac duyulur. Aydındır ki, bu sahədə çalışan mütəxəssislər təbiətin tam mühafizəsi üçün əməli addımlar atırlar.

Belə bir təqdirəlayiq addım  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Məhəmməd Adiyev tərəfindən həyata keçirilmişdir. Jurnal formatında olan, öz vəsaiti hesabına nəşr etdirdiyi və  təbiətin mühafizəsinə həsr edilmiş  “Davamlı inkişaf və ekoloji siyasət” adlı buraxılış  gənc Məhəmmədin ilk işidir. Ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətdə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işində bu kitabça, əlbəttə ki, mühüm əhəmiyyət daşıyır.

Bu yaxınlarda isə Məhəmməd Adiyev Youtube kanalında “Eko nəzarət” adlı kanalın fəaliyyətinə imza atıb. Kanal öz işi ilə gənc mütəxəssisin çalışdığı regionda və ümumiyyətlə Azərbaycanın bütün bölgələrində təbiətin qorunmasında təbliğat işinin təşkili və əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif  kütləvi tədbirlərin həyata keçirilməsinə həsr ediləcəkdir.

-“Bu kanalı açmaqda məqsədim, ətraf mühitin mühafizəsində ictimaiyyətin dəstəyin qazanmaq, planetimizin ağ ciyərləri olan məşələrimizin qorunmasında ictimai nəzarəti təşkil etmək, kanal vasitəsilə maarifləndirmə işlərini aparmaqla ictimaiyyətin nəzərini təbiətimizin mühafizəsinə yönəltməklə dövlətimizə bu işdə yaxından xidmət etməkdir.” – Məhəmməd Adiyev portalımıza verdiyi məlumatda bildirir.

2 Comments on “Gənc mütəxəssis təbiətin mühafizəsinə həsr olunan kanal açdı”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.