“Gənc İstedad” festivalının bədii qiraət hissəsi keçirilib

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Dövlət Regional Kollecinin təşkilatçılığı, Gəncə Gənclər evi, Uşaq Gənclər İnkişaf Mərkəzi və Məhsəti Gəncəvi Mərkəzinin tərəfdaşlığı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Gənc İstedad” adlı festivalının bədii qiraət hissəsi keçirilib.

Festivalda Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrindən 40 nəfər tələbə gənc iştrak edib.

3 hissədən – bədii  qiraət,  xalq mahnısı və rəsmdən ibarət festivalın final mərhələsi 18 may 2019-cu il tarixində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.