“Gənc Aqronomlar Məktəbi” layihəsinin qeydiyyatına start verilir.

Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və ADAU-nun tərəfaşlığı ilə “Gənc Aqronomlar Məktəbi” layihəsinin qeydiyyatına start verilir.
Yaşı 16-26 olan, özünü gələcəkdə aqrar sahədə görən və peşəkarlaşmaq istəyən hər bir gənc iştirak üçün qeydiyyatdan keçə bilər.
Müsahibə mərhələsindən keçən gənclər layihə çərçivəsində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində ”Kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi”, “Kəndlimiz və yerli aqronomlarımızla münasibətlər” və “Aqrar təhsilin təbliği modeli” mövzuları üzrə təlim və araşdırmalarda iştirak edəcəklər.

Qeydiyyat: http://bit.do/eJA7T

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.