Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Kənd Təsərrüfat Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib. İclasda BM və TBETİ – nin Gənc Alimlər Şurasının sədri Ceyhun İbrahimov və büro üzvü Vüsalə Əliyeva iştirak ediblər.
İclasda çıxış edən kənd təsərrüfatı nazirinin müşaviri Elçin Zeynalov aqrar sahənin inkişafında gənclərin rolundan danışıb. Gənclərin ixtisaslarının artırılması, təkmilləşməsi, inkişaf etmiş ölkələrin təcrübəsinə yiyələnməsi və innovativ yanaşmaların aqrar sektorun inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb.
İnstitutumuzun əməkdaşları da öz təklif və problemləri haqqında çıxış etmişlər. Maraqli diskussiya şəraitində keçən iclasın sonunda Aqrar Elm və İnnovasiya Mərkəzi nəzdində İnkubasiya Mərkəzinin yaradılması və belə iclasların mütəmadi keçirilməsi qərara alınıb.

Natella Cəfərova,
Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nun İnformasiya şöbəsinin mütəxəssisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.