Gəncənin qabaqcıl müəllimi beynəlxalq layihədə

Gəncə şəhəri Nizami Aydın adına 18 nömrəli məktəbdə “İnnovative Dreams-2019”- “Xəyallarınızı yeniləyin 2019” layihəsi uğurla həyata keçirilir. Layihədə iştirak edən məktəbin qabaqcıl, yaradıcı müəllimlərindən Günay Bayramova iştirak edir.

Bakı, Sumqayıt, Neftçala, Balakən, Xızı, Lənkəran, Kürdəmir, Bərdə, İsmayıllı, Biləsuvar şəhər məktəblərinin də layihədə hər bir peşəkar müəllim şagirdlərinə layihəni tətbiqi yollarını izah edərək gələcəkdə kəşf ediləcək ixtiraların xəyallarını gerçəkləşdirirlər.

Layihədə əsas məqsəd gələcəkdə uşaqların işlərinin başa düşməsinə və hazırlanmasına kömək etməkdir.Layihə çərçivəsində 7-16 yaşlı uşaqlar iştirak edir və gələcəkdə yaradılacaq sənayelər,dünyanın transformasiyasında texnologiyanın rolu haqqında məlumat verirlər. Layihə “2030- Davamlı İnkişaf” gündəmində təsvir olunan 17 Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinin 3-nü özündə birləşdirir.Stemi təbliğ edən layihə əslində 7 həftə davam edərək 7 tapşırıqları əhatə edir.

Layihədə dünyanın hər yerindən ölkələr iştirak edir. 55 ölkə üzrə 10000-dən çox tələbə və məktəblər layihəni uğurla icra edirlər.Layihəni Edu 21 məktəbinin qurucusu, Pakistanlı təhsil işçisi Xurrəm Whiz təsis etmişdir.

55 ölkədən biri olan Azərbaycan da layihədə uğurla iştirak edir. Azərbaycan üzrə koordinatorlar Zümrüd Məmmədova və Aysel Alıcanovadır.

Zümrüd Məmmədova- “AzərYod” MMC-nin Neftçala şöbəsinin meneceri, Neftçala şəhər 4 nömrəli tam orta məktəbin kompyuter laborantıdır. O, təhsil sahəsində  “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi. Gənc təlimçilərin təlimi “ kursunda təlimçi sertifikatı, “Economic and Social Empowerment of  Young and Disabled Women” Project mükafatı(Kompüter təlimi və yazı işləri üzrə hazırlamış layihənin qalibi), Azərbaycan  Respublikası “Həmrəy” Gənclərin  Maariflənməsinə Dəstək İctimai Birliyi tərəfindən – “ Vətəndaşlıq: mənsubiyyət və məsuliyyət” adlı Elmi- Praktiki Konfransın təşkilində göstərdiyi dəstəyə görə -təşəkkürnamə, Serxio Paya “Pepsiko”nun MDB prezidenti və KOKOrina M.P. “EKA” BEİT –nin idarəetmə sədri tərəfindən  “Su qoruqçuları”adlı II beynəlxalq ekodərsin keçirilməsinə görə diplom, İnnovativ Müəllim Müsabiqəsi -2016 müsabiqəsinin “İnteraktiv mozaika” İKT-dən  istifadə etməklə innovativ dərs nominasiyası üzrə II –Diplom,“İnnovativ Müəllim Müsabiqəsi -2018” müsabiqəsinin “İnteraktiv mozaika” İKT-dən  istifadə etməklə innovativ mozaika” nominasiyası üzrə III –diplomlar qazanmışdır.

Aysel Alıcanova – Bakı şəhəri Xətai rayonu 95 nömrəli məktəbdə ibtidai sinif müəllimidir. Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət”layihəsini müəllim kimi icra edir. Onun haqqında Nazirlik müsahibə aparmış,mətbuatda yayınlamışdır. Təhsil sahəsində müxtəlif təlim və seminarlara qatılmışdır. Dünya üzrə qabaqcıl müəllimlər heyətinə üzv seçilmiş və Nazirliyin “E-twinning” layihəsinə qoşulmuşdur. Eyni zamanda pedaqoq kimi uşaqlar, müəllimlər, valideynlər üçün maarifləndirici layihələr həyata keçirir.

Yenigence.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.