Gəncəli şagirdlər “Fibanocci” intellektual yarışınında iştirak edirlər

Cari ilin avqust ayından etibarən 6-11-ci sinif şagirdləri arasında ”Fibanocci” intellektual yarışı keçirilir.

”Fibanocci” intellektual yarışında Gəncə şəhərindən 17 ümumi təhsil məktəbindən 29 komanda olmaqla, 209 nəfər şagird iştirak edir.

Nəticələrə əsasən Gəncə şəhər M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin ” Vətən” komandası 38 balla 2-ci yerə layiq görülüb. VI-XI sinif şagirdlərinin iştirak etdiyi bu oyunların keçirilməsində əsas məqsəd koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtlarının səmərəli və faydalı təşkili, evdə olduqları müddətdə bilik və bacarıqlarından əlavə, məntiqi düşüncə və dünya görüşünün də inkişafına nail olmaları üçün imkan yaratmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.