Gəncədən maraqlarınız üçün istifadə etməyin…

Düzü Facebook istifadəçilərinin böyük əksəriyyəti  bura açıq sözdən necə gəldi istifadə üçün imkan yeri kimi baxırlar. Baxmayaraq ki, facebook səhifəsinin verdiyi imkanlardan bizim alimlər, ziyalılar, siyasətçilər, şair və yazıçılar, pedaqoqlar da istifadə etməkdədir, insanları sərsəm fikirləri ilə bezdirənlər də var. Hərçənd, bizim nə yazdığımız elə bizim intellektual səviyyəmizi əks etdirir. 

Sevindirici haldır ki, gözəl fikirləri ilə diqqəti cəlb edən yazılar da çoxluq təşkil etməkdədir.  Bu gün belə bir yazıya rast gəldik. Və sevindik ki, heç olmasa bir nəfər yaxın günlərdə keçirilən seçkilər barədə təmkinlə, soyuq başla bir fikir yürüdə bildi.

Tural İsaqov adlı bir istifadəçinin  seçkilər barədə paylaşdığı fikirlərin aktuallığını nəzərə alaraq sizlərə  təqdim edirik: 

“- Gəncə şəhərindən deputatlığa namizədlər arasında qarşı tərəfə şər böhtan atmayan, qarşı tərəf üzərindən özünün təbliğat strategiyasını qurmayan, şərəflə, vicdanla öz təşviqatını təşkil edənlər də var idi. Adlarını çəkmək istəmirəm lakin, buradan onlara da öz minnətdarlığımı bildirirəm ki, sağlam seçki rəqabəti apardılar… Əhsən sizə ki, öz duruşunuzu sona qədər özünüzə layiq şəkildə qorudunuz, saxladınız… Arzu edirəm ki, bu gündən sonra da fəaliyyətiniz Gəncəyə olan sevginiz üzərində qurulsun… Mən də öz növbəmdə sizlərə dəstək olmağa hazıram…
Lakin, ikinci qrup namizədlər də var idi ki, onlar Gəncə üçün heç bir iş görməyib, Gəncədən heç vaxt yolu düşməyib, hətta namizədliyini belə Gəncə şəhərindən verdiyini unutmuşdular… Nə gözləyirdiniz? 40 ildə bir Gəncəyə gəlib 21 gün müddətində şəhər əhalisinin rəğbətini, sevgisini qazanacaqdınız???
Yenə də gec deyil… Mən sizələrə də təklif edirəm ki, hamımız əl ələ verək şəhərimiz üçün, Gəncəmiz üçün, Gəncəlilərimiz üçün xeyirli işlər görək, faydalı olmağa çalışaq, öz töhfəmizi əsirgəməyək bu şəhərdən…
Bu şəhər o qədər də böyük şəhər deyil… Bu şəhərə xidmət etmək üçün vəzifə tutmağa da ehtiyac yoxdur… Hər kəs zərrə qədər Gəncə üçün faydalı olmağa çalışsa, vallah billah ki, şəhərimizdə heç bir problem qalmaz… Təkliflərinizi, layihələrinizi həyata keçirmək üçün mümkün imkanlar çoxdur.
Məni tanıyanlar yaxşı bilirlər ki, 10 il bundan öncə də Gəncəmiz üçün nələrsə etməyə çalışmışam, bu gün də buna çalışıram, bu gündən sonra da buna çalışacağam… Heç bir iddiam olmadan, heç bir təmanna güdmədən…
Gəncədən maraqlarınız üçün istifadə etməyin… Etsəniz də faydasını görməyəcəksiniz, əmin olun… Gəncəni sadəcə sevin, gec – tez, Gəncə sizi mükafatlandıracaq.” 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.