Gəncədə yeni xəstəxana istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin səhiyyənin inkişafına daim göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə tibb müəssisələrinin yenidən qurulma, təkmilləşdirmə və müasirləşdirmə prosesi davam etməkdədir. Azərbaycanda müasir tibb ocaqlarının yaradılması üzrə işlərin miqyası ildən-ilə daha da genişlənir.

Bu işlər çərçivəsində Gəncədə Səhiyyə Nazirliyinin nəzdində yeni 200 çarpayılıq beşmərtəbəli Psixiatriya xəstəxanası istifadəyə verilib.

Etmtv. news xəbər verir ki, xəstəxana ən müasir standartlara cavab verən müasir avadanlıqlarla təhciz olunub.

Xəstəxananın birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, EKQ, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek fəaliyyət göstərir. Binanın qalan 4 mərtəbəsi xəstələr üçün nəzərdə tutulub.

Xəstəxanada 4 şöbə fəaliyyət göstərir, onlardan 3-ü kişi, 1-i qadınlar üçün nəzərdə tutulub. Xəstələrin yaşaması, müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otağları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları var. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək və istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir.

Yeni xəstəxanada saxlanma şəraiti ilə bağlı palata və şöbələrin təmizliyinə, tibbi yardımın təşkilinə, qidalanmaya, xəstələrin gəzinti və yaxınları ilə görüşünə xüsusi nəzarət olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.