Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət Mərkəzinin təşəbbüsü və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə Zəfər bayramına həsr olunmuş “Yaradıcılıq günü” mövzusunda tədbir keçirildi.
Tədbiri AYB Gəncə Bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül Hüseynova açdı.
Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Natiq qeyd etdi ki, Vətən müharibəsi dövlətlə xalq arasındakı müştərək birliyi göstərdi və bu güc-qüdrətlə bütün dünyanı heyrətdə qoydu.
Dünya, Azərbaycan Ordusunun, Ali Baş Komandanının, Azərbaycan xalqının yenilməzliyini bir nümunə kimi mətbuat aləmində dönə-dönə təsdiqlədi. O, çıxışının sonunda Qələbəyə həsr olunmuş şeirini oxudu.
Yazıçı və şairlərdən Qərib Mehdi, Nüşabə Əsəd Məmmədli, Aləmzər Əlizadə, İnqilab İsaq, Əməkdar Mədəniyyət İşçisi Bəxtiyar Muradov, Zahir Şirani, Ramiz Təmkin, İmam Cəmilli, Zülfiyyə Yaqub, İmamverdi Vəliyev, Eltun Türkel, Mələk İsmayıl, Almaz Yusifqızı, Eldar İsayev, Muşfiq Məhərrəmov Zəfər bayramına həsr olunmuş şerirlərini oxudular, ürək sözlərini söylədilər.
Tədbirdə iştirak edən Mir Cəlal Paşayev Muzeyinin direktoru İradə Paşayeva 8 Noyabr Zəfər günü münasibəti ilə təbrikini çatdırdı.
Tədbirin sonunda yazıçı və şairlər xatirə şəkli çəkdirdilər.


