Gəncədə xəsarət alan məktəblinin vəziyyəti açıqlanıb

Bir neçə gün öncə Gəncə şəhərində baş verən insident zamanı xəsarət alan məktəblinin vəziyyəti açıqlanıb. 

Etmtv.news xəbər verir ki, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”ya bildirilib ki, hazırda xəstənin vəziyyəti stabildir.

“Aprelin 22-də 2009-cu il təvəllüdlü oğlan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Boyunun, döş qəfəsinin, budun açıq yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Aprelin 23-də pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıya – Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

KTM-in Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti stabildir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, şəhərin Yeni Gəncə yaşayış massivində baş verən hadisə zamanı Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri – 2009-cu il təvəllüdlü F.Q., 2010-cu il təvəllüdlü A.H. və R.H. müxtəlif dərəcəli xəsarətlər alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.