Gəncədə VII Televiziya Muğam müsabiqəsi üçün seçim turu keçirilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsi olan VII Televiziya Muğam müsabiqəsi üçün seçim turu keçirildi.

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqənin Münsiflər heyətinə Xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının direktor müavini, Əməkdar İncəsənət xadimi, professor İlham Rəhimli daxildir.

Müsabiqədə Gəncə şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri, Gəncə Musiqi Kollecinin tələbələri, Mingəçevir şəhəri, Xocalı, Kəlbəcər, Göygöl, Ağdam, Şəmkir, Tovuz rayonlarından 30-dan çox muğam ifaçıları iştirak edirdilər.

Münsiflər heyətinin qərarına əsasən Gəncə şəhəri, Ağdam, Xocalı, Göygöl, Şəmkir rayonlarından müsabiqənin seçim mərhələsinə qatılan 7 muğam ifaçısı Bakı şəhərində keçiriləcək birinci turda iştirak etmək haqqı qazandılar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.