Gəncədə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDİK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə Tibb Kollecində “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı çərçivəsində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar keçirilib.

101.az bildirir ki, tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, müdir müavinləri, tibb kollecinin direktoru Mehman Rzayev, kollecin müəllim və tələbə heyəti iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda gənclərin və uşaqların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində atılan addımlardan bəhs olunub. Bildirilib ki, Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Vətənpərvərlik milli və mənəvi dəyərlər kimi” filminin də nümayiş olunduğu seminar öz işini müzakirələrlə yekunlaşdırıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.