Gəncədə Vətən müharibəsində qəhrəmancasına şəhid olan Həsənov Kənan Zirəddin oğlu və Əliyev Həndi Elbrus oğlunun ikinci ildönmü ilə əlaqədar olaraq anım mərasimi keçirilib.
Mərasimdə Nizami İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Bələdiyyə nümayəndələri, icra hakimiyyətlərinin məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidlərin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.
Mərasim iştirakçıları Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb, onların xatirəsini ehtiramla yad ediblər. Mərasimdə hər iki hərbi qulluqçunun qısa, lakin şərəfli ömür yollarından bəhs olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Həsənov Kənan Zirəddin oğlu ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Əliyev Həndi Elbrus oğlu isə ölümündən sonra “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdurlar.



