Gəncədə “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika konfransı keçirilib

Bildiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq bu il Şuşa ili elan edilib. Bununla əlaqədar olaraq AMEA-nın Gəncə Bölməsində “Qarabağ ədəbi-mədəni mühiti yeni baxış müstəvisində” mövzusunda respublika kofransı keçirilib.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, respublikanın aparıcı alimləri, gənc tədqiqatçılar iştirak ediblər.
Tədbirdən əvvəl konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov konfransda çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində “Şuşa ili” çərçivəsində bu cür elmi-paraktik konfransın təşkil edilməsi olduqca əhəmiyyətli hadisədir. Belə konfransların Qarabağın tarixi və mədəni baxımdan daha dərindən öyrənilməsinə və dünyada tanıdılmasına təkan olacağını qeyd edən şəhər rəhbəri konfransın işinə uğurlar arzulayıb.
AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qeyd edib ki, keçirilən elmi-praktik konfransda respublikanın müxtəlif institut və muzeylərindən nümayəndələr iştirak edirlər. O bildirib ki, konfrans çox dəyərli mözvuya həsr olunub, çünki ölkə başçısının Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması Şuşanın yenidən inkişafına istiqamətlənib və Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, ədəbiyyatının, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğinə sanballı töhfələr verəcək. Akademik tədbirdə iştirak edən gənc tədqiqatçıların fəal iştirakını çox təqdirəlayiq hal hesab etdiyini vurğulayıb.
Konfransda Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov “Azərbaycanda Vətən müharibəsində Zəfər ruhunu əbədiyyətə qədər qorumalıyıq”, AMEA-nın akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya və Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri institutlarının elmi işçiləri Elmir Babayev və Yetər Babaşova “Qarabağ xalçaları və boyaqçılq”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsinin doktorantı Aytən Qurbanova “Qarabağ – Qədim Azərbaycan yurdu”, Nizami Gəncəvi Mərkəzinin direktoru, professor Xəlil Yusifli “Qarabağ ədəbi-mədəni mühiti”, Şirvan şəhər 16 nömrəli məktəbin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Məcidova “İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanında Qarabağ elatının məişəti”, Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəsinin böyük elmi işçisi Əlimuxtar Muxtarov “Qarabağ Azərbaycandır nidasından Şuşa ilinə”, Azərbaycan Dövlət Xalça Muzeyinin əməkdaşı Mahiyyə Kərimova “Şuşanın XVIII-XIX əsr memarlıq abidələri” və digər mövzularda məruzələri dinlənilib.
Konfransdan sonra iştirakçılar Gəncənin Ermənistan silahlı birləşmələri tərəfindən hücuma məruz qalan ərazini, Heydər Əliyev Park-Kompleksini, İmamzadə Dini ziyarətgahı və Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.