Gəncədə qadın güləşçimizin qarşılanma mərasimi keçirildi

İdmançılarımız  Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatından  medallarla qayıdıb.

Qadın güləşi üzrə millimiz Avropa çempionatını 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, Elnurə Məmmədova (55 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medal qazanıblar. Onların arasında gəncəli idmançılar da vardır. Qadın güləşçimiz Gültəkin Şirinova (53 kq) dörddəbir finalda fransalı Çadya Ayaçiyə 12:7 hesabı ilə qalib gəlib. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə sonuncu xal prinsipinə əsasən rəqib qələbə qazanıb. Güləşçimiz bürünc medal uğrunda rumıniyalı Beatriçe Ferentlə güləşib və rəqibinə tam üstünlüklə (11:1) qalib gələrək Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Jalə Əliyeva (62 kq) dörddəbir  finalda Fransa təmsilçisi Amelin Duarreni “tuşe” ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gəlib. J.Əliyeva bu rəqibinə çətinlik çəkmədən qalib gəlib. Təmsilçimizin finaldakı rəqibi serbiyalı Anna Fabian olub. Bu görüşdə də nəyə qadir olduğunu göstərən Gəncə güləş məktəbinin yetirməsi 6:2 hesablı qələbə qazanaraq Avropa çempionu olub.

Uğurlu nəticə əldə etmiş güləşçilər doğma şəhərlərinə qayıdıblar. Bu münasibətlə idmançılardan biri – Gültin Şirinoovanın Gəncə İdman liseyində qarşılama mərasimi təşkil olunub.Mərasimdə şəhərin idman ictimaiyyətinin nümayəndələri, Vətən müharibəsinin qəhrəmanları və yerli jurnalistlər, idmançımızın yaxınları də iştirak ediblər.

Mötəbər yarışdan qayıdan Gültəkin Şirinova şəhər ictimaiyyəti və məzunu olduğu liseyin kollektivi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Mərasimində YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Təhsil İdman Mərkəzinin müdiri Ramil Qasımov, Gəncə Şahmat Məktəbinin müdiri Asif Həsənov, Gültəkinin məşqçisi, liseyin müdiri Mehman Allahverdiyev və Əməkdar məşqcilər çıxış edərək, Gültəkinə uğurlar arzu edib, çıxışlarında  güləşçilrimizi qələbə münasibətilə təbrik edərək, onlara gələcək yarışlarda daha böyük uğur qazanmalarını  arzulayıblar.

Tədbirdə həmçinin, şəhərin idman ictimaiyyətinin nümayəndələri də çıxış edərək, gənc idmançılarımızın uğurlarına sevindiklərini və gələcəkdə bundan da böyük qələbə qazanacaqlarına əmin olduqlarını bildiriblər.

Tədbir iştirakçılarına həmçinin Gəncə İdman Liseyinin mötəbər yarışda qələbəsini özündə əks etdirən videoçarx da təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.