Gəncədə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 28 nömrəli tam orta məktəbdə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib.Tədbirdə DQİDK-nın bölgə üzrə şöbəsinin müdiri Həsən Məmmədov və müdir müavinləri, Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, həmçinin Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərin direktorları, müavinləri iştirak ediblər.Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Bildirilib ki, məktəblilərin milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ruhunda tərbiyə edilmələri, onların vətənpərvər gənclər kimi formalaşmaları olduqca əhəmiyyətlidir. Eyni zamanda gənclər, yeniyetmələrin vətənpərvərlik ruhunda yetişməsində ailənin, təhsilin və cəmiyyətin danılmaz rolundan, məktəblilərin zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyindən, bu istiqamətdə dövlətin həyata keçirdiyi  tədbirlərdən söhbət açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.