Gəncə Mərkəzi Kitabxananın oxu zalında “Tənhaların duası” kitabının təqdimat mərasimi keçirilib.
Şairin qələm dostlarının səmimi çıxışları və dəyərli saz ifaçısı Ramin Vəlioğlunun ifaları bu günü sözün əsl mənasında gözəl bir xatirəyə çevirib.
Təqdimat mərasimində çıxış edən iştirakçılar, Gəncənin görkəmli şair və yazıçıları kitab haqqında öz təəssüratlarını bölüşüblər.
Sonda şair başda AYB-Gəncə bölməsinin sədri sevimli şair Xəzangül Hüseynovaya, Mərkəzi kitabxananın rəhbərliyinə və kitabxananın bütün kollektivinə, eyni zamanda təbdbirin keçirilməsində əməyi və zəhməti olan bütün iştirakçılara təşəkkürünü bildirib.




