Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Ağsaqqallar Şurasının birgə təşkilatçılıqları, Azərbaycan Dövlət Aqrar Universitetinin dəstəyi ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Gəncə şəhərinin ali məktəblərində mütəxəssis kadrların müasir dövrün tələbləri səviyyəsində hazırlanması üçün qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Hacıyev, ADAU-nun rektor əvəzi Zəfər Qurbanov, Gəncə şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, habelə ali və orta ixtisas məktəblərinin aparıcı alimləri, gənclər və ictimai təşkilat rəhbərləri, o cümlədən orta məktəb müəllimləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, – deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib.
Bildirilib ki, bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Ümummilli Lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi təhsil siyаsəti bu gün еtibаrlı zəmin üzərində inkişаf еtdirilir. Hеydər Əliyеv siyаsi kursunun lаyiqli dаvаmçısı Prezident İlhаm Əliyеvin böyük səyləri sаyəsində elm və təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib.
Konfransın gedişatında “Gəncə şəhərinin ali məktəblərində mütəxəssis kadrların müasir dövrün tələbləri səviyyəsində hazırlanması üçün qarşıda duran vəzifələr” mövzusu ətrafında konfrans iştirakçılarının məruzələri dinlənilib, məruzələr ətrafında fikir mübadiləsi aparılıb.