Gəncədə Elm Günü münasibətilə elmi- praktik konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsində 27 mart – Elm günü münasibətilə elmi- praktik konfrans keçirilib. Konfransda Bölmənin aparıcı mütəxəssisləri, Gəncədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin rəhbərləri, tədqiqatçı alimlər və bu gün elmin müxtəlif sahələrində elmi araşdırmalar aparan gənc alimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə AMEA Gəncə Bölməsinin akademik katibi, əməkdar elm xadimi, akademik Fuad Əliyev açaraq ölkə Başçısı tərəfindən “Elm günü”nün təsis edilməsinin əhəmiyyəti, şəhərin bu günkü elmi potensialı və qarşıda duran vəzifələr baradə ətraflı məlumat verib.

Tədbirdə regionda aqrar elm sahəsində aparılan tədqiqatlar və perspektivlər, bioresurslar sahəsində aparılan elmi-tədqiqat işləri və onların tətbiqi, Qərb bölgəsinin mütəfəkkirləri və klassikləri, Gəncədə tarixi araşdırmalar, regionun ekoloji tarazlı və digər aktual elmi mövzularda məruzələr dinlənilib.

Elmi- praktik konfransda uzun illər ərzində əldə olunan elmi uğurlara həsr olunan elmi nailiyyətlər sərgisi də iştirakçılara təqdim olunub.

Tədbirdə son illər elmi fəaliyyəti ilə fərqlənən alimlər, “İlin ən fəal qadın alimi” və “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqələrinin qalibləri Fəxri Fərman, diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Konfrans iştirakçıları adında AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə müraciət qəbul olunub.

Sonda Gəncədə elmin inkişafının tarixi, bu günü və perspektivlərindən bəhs edən sənədli film nümayiş edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.