Gəncədə “Din və media münasibətləri ictimai müstəvidə” mövzusunda görüş keçirilib

Gəncə Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Dialoq və İnkişaf Naminə” İB-nin təşkilatçılığı ilə “Din və media münasibətləri ictimai müstəvidə” mövzusunda görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Azər İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov, “Dialoq və İnkişaf Naminə” İB-nin sədri Çingiz Bayramov, ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, Gəncədə fəaliyyət göstərən dini icmaların üzvləri, ziyalılar, tələbə-gənclər və KİV nümayəndələri iştirak ediblər.
Görüşdə qeyd olunub ki, bütün cəmiyyətlərin aparıcı qüvvələrindən biri dindir. Azərbaycan multikultural bir ölkədir və burada din dövlətdən ayrıdır. Dini dəyərlərin düzgün təbliği ilə bağlı media nümayəndələrinin də üzərinə böyük iş düşür. Cəmiyyətə elə informasiyalar ötürməliyik ki, insanlarımız dini dəyərlərdən düzgün faydalansınlar. Təşkil olunan görüşün də əsas məqsədi KİV nümayəndələri ilə Azərbaycanda qardaşcasına yaşayan müxətlif dini icmaların nümayəndələrini bir araya gətirərək, sözgüdən mövzu ətrafında müzakirələr aparmaqdır.
Bildirilib ki, Azərbaycanda heç zaman radikalizm mövcud olmayıb və bütün dinlərin nümayəndələri ölkəmizdə mehriban şəraitdə yaşayıblar və yaşayırlar. Burada fərqli dinlərin nümayəndələri bir-birinə hər zaman hörmətlə yanaşıblar. Dünyanın heç bir yerində multukultural dəyərlər bu qədər inkişaf etməyib. Biz də çalışıb bu dəyərləri qorumalı, onlara sahib çıxmalıyıq.
Görüş qarşılıqlı diskussiya şəraitində davam edib.
Məlumat üçün bildirək ki, “Din və media münasibətləri ictimai müstəvidə” mövzusunda görüş Gəncədən şəhərindən sonra Bakıda təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.